birjalarda-neft-bahalasir

Birjalarda neft bahalaşır

Birjalarda neft qiymətləri bahalaşır.

İnsider.az xəbər verir ki, “qara qızıl”ın qiyməti Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC), Beynəlxalq Enerji Agentliyi (IEA) və Beynəlxalq Valyuta Fondunun (BVF) enerji bazarına dair açıqladığı nikbin proqnozlar fonunda gün ərzində 1 dollar/barrelədək artıb.

Hazırda “Brent” markalı neftin bir barreli Londonun ICE birjasında 43,35 dollar, “Light” neftinin bir barreli isə Nyu-Yorkun NYMEX birjasında 41,08 dollara alıcı axtarır.