birlesmis-statlarin-neft-ehtiyatlari-artir

Birləşmiş Ştatların neft ehtiyatları artır

Ötən həftə ABŞ-ın xam neft ehtiyatları artıb.

İnsider.az xəbər verir ki, bu barədə əsasən özəl sektorun maliyyələşdirdiyi Amerika Neft İnstitutu (API) məlumat yayıb. Bildirilir ki, keçən həftə ölkədəki neft ehtiyatları əvvəlki həftə ilə müqayisədə 2,81 milyon barrel artaraq 469,2 milyon barrel olub. Bazar proqnozları da ehtiyatların artacağı istiqamətində idi.

Əvvəlki həftə isə ABŞ-ın neft ehtiyatları 6,8 milyon barrel artmışdı.

Ölkədəki ehtiyatlarla bağlı rəsmi rəqəmlər ABŞ-ın Enerji İnformasiya Administrasiyası (EIA) tərəfindən açıqlanacaq.

©AZƏRTAC