bitcoin-100-gunden-coxdur-ki-qiymet-minimumunu-yenilemir

“Bitcoin” 100 gündən çoxdur ki, qiymət minimumunu yeniləmir

Dekabr ayından bəri ilk kriptovalyutanın dəyəri 65% artıb.

İnsider.az bu barədə xəbəri “Chepicap”-a istinadla verir.

Bu gün əsas rəqəmsal sikkə qırmızı zonaya keçid edərək, enməyə başlayıb – son 24 saat ərzində 0,73%, yəni 5,251 dollara (8,926.7 AZN) qədər ucuzlaşıb. Artıq dekabrdakı 3,200 dollar (5,440 AZN) minimumundan 125 gün keçib.

Resurs öz növbəsində bu məlumatlarla bağlı “Twitter”-də “The Rhythm Trader” nikneymilə tanınan analitik Aleks Zipsnisin bəyanatına istinad edir.

Qeyd edək ki, “Bitcoin”-in ardı ilə kapitalizasiya üzrə digər ən iri rəqəmsal pullar da gedib. “XRP” 2,4%-ə, yəni 0,33 dollara (0.561 AZN) düşüb. “Bitcoin Cash” 4,27% itirib, hazırda onun dəyəri 297 dollarla (504.9 AZN) qiymətləndirilir.

Müsbət artım nəticələrini isə 0,48% artan “Ethereum” və 1,17% bahalaşan “Litecoin” sərgiləyir.

Samirə Məmmədova