bitcoin-in-qiymeti-22-min-dollari-da-otub

Bitcoin-in qiyməti 22 min dolları da ötüb

Bitcoin-in qiyməti dünən 20 min dolları aşaraq mühüm bir səviyyəni geridə qoyub. Bu gecə Bitcoinin qiyməti 22 min158 dollara yüsələrək rekord yeniləyib.

İnsider.az xəbər verir ki, Bakı vaxtı ilə saat 08:15-də Bitcoin təxminən 13% bahalaşma ilə 21 min 815 dollardan ticarət olunub. 

Bitcoinin qiyməti bu il 3 dəfə yüksəlib. 

2020-ci ilin əvvəlində Bitcoin 7 min dollardan ticarət olunurdu.

Bəzi şirkətlərin və zənginlərin Bitcoin-ə marağı artıb. Bir çoxu faizlərin həddindən artıq aşağı səviyyələrdə olduğu bir mühitdə kriptovalyutalardakı qiymət artımlarından faydalanmaq istəyir.

Marja