ABŞ-Çin ticarət müharibəsi ən böyük kriptovalyuta "Bitcoin"-ə marağı artırıb, qiyməti 8 min dolları keçib.
İnsider.az xəbər verir ki, ABŞ-Çin ticarət müharibəsi xüsusilə Çinli sərmayədarların "Bitcoin"-ə olan maraqlarını artırıb.
"Mint Exchange"in İcraçı direktoru Harpal Sandhuya görə, Çində investorlar yuan sataraq "Bitcoin" və digər pul vahidlərinə yönəlirlər.
"Bitcoin"-in qiyməti son 24 saat ərzində 14%-dən çox artaraq 8148,56 dolları görüb.
Bakı vaxtı ilə saat 10:30-da "Bitcoin"-in qiyməti 13,80 faiz artımla 8037 dollar təşkil edib.
©Marja