Dünyanın aparıcı kriptovalyutası bitkoinin qiyməti ötən gün 3,3% artaraq 8 min ABŞ dollarını keçib.
İnsider.az xəbər verir ki, bu barədə xarici mətbuatda məlumat yayılıb.
Məlumata görə, martın sonu ilə müqayisədə isə bitkoinin qiymətində 35% artım var.
Ekspertlər bahalaşmanı gələn ay həyata keçirilməsi planlaşdırılan bitkoinin bölünməsi əməliyyatı ilə izah edirlər.
Xatırladaq ki, bundan əvvəlki 2 bölünmədə kriptovalyutanın qiyməti tarixi maksimumları yeniləmişdi.