“Bitkoin”in qiyməti bütün zamanların ən yüksək həddinə çatıb.
Bunu martın 5-də “Binance” birjasının məlumatları təsdiqləyib.
Kriptovalyutanın məzənnəsi 69 min dollar həddini ötüb və bununla da 2021-ci ilin noyabrında əldə edilən tarixi maksimumu yeniləyib.
Daha sonra “Bitkoin”in məzənnəsi geriləyərək 65 min həddinə düşüb.