bitkoin-istehsal-eden-avadanligin-qiymeti-aciqlandi-mebleg

Bitkoin istehsal edən avadanlığın qiyməti açıqlandı - MƏBLƏĞ

«Bitfury Group» şirkəti ilk dəfə olaraq bitkoin istehsalı üçün mayninq avadanlığının qiymətini dərc edib.

İnsider.az xəbər verir ki, “Bitfury Group” ilk dəfə olaraq mayninq üçün istifadə edilən avadanlığın qiymətini açıqlayıb və avadanlığın alınmasını optimallaşdırıb.

Bununla da şirkətin kiçik və orta biznes sektoruna fokuslandığı bildirilir.

Bundan əvvəl «Bitfury» satışlarını həyata keçirmək üçün daha çox korporativ , böyük bazarlara yönəlmişdi və kiçik və orta biznes üçün əl çatan deyildi.  İndi isə şirkət kiçik və orta biznesə də xüsusi diqqət ayırıb.

Qlobal satışı sürətləndirmək və ticarəti bir qədər də asanlaşdırmaq üçün “Bitfury” avadanlıqların satışını reallaşdırmaq üçün onlayn sayt yaradıb.

Kiçik və orta biznesin nümayəndələri  qiymətlər “Bitfury Tardis”də tanış ola bilərlər.  Burada təqdim edilən yeni maynin sevis avadanlıqları  “Bitfury Clarke ASIC” bazasında yığılıblar.

Clarke çipləri bazarda artıq özlərinə müsbət ad qazanıblar. Mayninqdə istifadə olunan clarke çiplərinin 6HB i 8HB konfiqurasiyalarının qiyməti 3021 dollardan başlayır. 

Qeyd edək ki,“Bitfury Group” blokçeyn-texnologiyasında olan bütün xidmətləri təklif edən dünya üzrə nəhəng şirkətdir. “Bitfury” bitkoin blokçeyni üçün təhlükəsizlik baxımından ən aparıcı provaydır. Həmçinin şirkət blokçeyn və bitkoini mühafizə edən xüsusi innovativ avadanlıqlar istehsal edir.

©FED.az