Bitkoin yenidən 10 min dolları keçdi.
İnsider.az xəbər verir ki, hazırda dünyanın ən bahalı kriptovalyutası 10 149 dollara ticarət olunur. Son bir həftə ərzində bitkoinin qiyməti 9-13 min dollar arasında dəyişib.
Ümumiyyətlə isə bahalaşan təkcə bitkoin olmayıb. Həmçinin digər kriptovalyutalar da bahalaşıb.