biznes-plan-nece-hazirlanmali

Biznes-plan necə hazırlanmalı?

Biznes-plan nəyə görə lazımdır? Maliyyə hesablamaları və biznes-model. Biznes-modelin tərkib hissələri. İlkin verilənlər, mənbələr və keyfiyyət. Biznes-planın təsviri hissəsi. Rəqabət. İnvestorun sualları.

Biznes-planı özün yazmalısan? Əlbəttə ki, bəli.

Kənar müstəqil analitikin cəlb olunması da məqsədəuyğundur. Kənardan peşəkar baxış birmənalı şəkildə yeni görmə qabiliyyəti gətirəcək.

Maksimal fayda, daha maraqlı qənaət və əminlik iki fikrin qovuşuqunda yaranacaq.

Biznes-plan nəyə görə lazımdır?

Biznes-plan kompas kimi sadəcə hədəf göstəricisidir. Şirkətin istənilən inkişaf mərhələsində zəruridir və kifayət qədər keyfiyyətli olmalıdır.

Eyni zamanda şirkətin real inkişaf vektoru gündəlik olaraq biznes-plandan kənara çıxacaq, bu da normal və təbiidir.

Buna görə də biznes-planlar risk modelləri, biznes-model və biznes-prosseslərin təhlili kimi, lazımlıdır. Həmçinin bu sənədlərin müntəzəm yenilənməsi də zəruridir.

Maliyyə hesablamaları və biznes-model

Biznes-planlaşdırma mərhələsində biznes-planın əsas funksiyası ayıltmadır.

Texniki olaraq, biznes-model sadəcə mövcud və ya planlaşdırılan şirkətin hara yönəldiyini və hədəflərə nail olmağın nə dərəcədə real olduğunu anlamağa imkan verən rəqəm yığınıdır.

Biznes-modelin tərkib hissələri

Biznes-modelin sinifləşdirilməsi, şirkətin fəaliyyət prinsipi. İstehsalat, xidmətlər, təchizat, agentlik, vasitəçilik, brokerlik, pərakəndə satış, FMCG, reklam, partnyor, komissiya, kastomizasiya, parçalama, françayzinq, frimium, lizinq, arketpleys, “ülgüc və tiyə”, “ülgüc və əks tiyə”, cəmiyyət, utilitar model, abunəlik.

Gəlirlərin planı. Onun əldə olunması üçün hər zaman bir neçə metod olur. İstənilən halda hesablamalar üçün bazardan verilənlər lazımdır. Bir neçə metodların eyni vaxtda tətbiqi daha dəqiq qiymətlərin əldə olunmasına imkan yaradır.

Daimi xərclər gəlirdən asılı olmayan ay və ya rüb üzrə xərclər planıdır. Dəyişən xərclər isə, əksinə, gəlirdən asılı olan xərc planıdır. Pul vəsaitlərinin hərəkəti planı fəaliyyət növləri və dövrlər üzrə detallaşdırılmış daxilolmalar, xərclər və saldonu əks edir.

Gəlir və xərclərin planı şirkətin gəlirlərini, xərclərini və mənfəətini dinamikada əks etdirən ümumi plandır.

İnvestisiya əmsalları planlaşdırma çərçivəsində kapitalın artımı və ya qiymətdən salınmasını nümayiş etdirir.

Maliyyə-təsərrüfat fəaliyyətinin təhlili. İlkin verilənlər qismində mühasibatlıq balansını, pul vəsaitlərinin hərəkəti haqda hesabatı və digər verilənləri istifadə edərək, şirkətin inkişaf perspektivlərini təhlil və proqnoz etməyə uğurla imkan yaradan olduqca iri həcmli metodikadır.

İlkin verilənlər

Bunun pis variantı özündən udurmaq, yaxşı variantı isə ilkin verilənlərin bazardan götürülməsidir.

Bazar araşdırmaları. İnternetdə verilənlərin çoxu açıq və əlçatandır. Araşdırmalarla məşğul olan və hesabatları satan şirkətlərin təkliflərinin də çoxu əlçaatandır.

İnsayd. Verilənlərin bilavasitə bazar iştirakçılarından əldə etmək imkanı olduqda, ən qiymətli məlumatdır.

Təklif və tələbat. Regionu qeyd etməklə, müvafiq bölmədə rekrutinq saytlarındakı eanları təhlil edərək mütəxəssislərin əmək haqqlarını öyrənmək olar. Eyni şey avadanlığın qiymətinə də aiddir.

Məsləhətçilərin cəlb edilməsi. Səanye müəssisənin yaradılmasına olan xərcləri necə detallaşdırmalı? Əslində bu göründüyündən olduqca asandır. Bir neçə mütəxəssis (hətta frilanserlərin arasında) tapmaq, onların təcrübəsini dəqiqləşdirmək və smeta üçün  obyektlərin siyahısını və eskiz planlaşdırmasını hazırlamağı xahiş etmək kifayətdir. Belə araşdırmanın biri lazımi keyfiyyəti verməyəcək. Bir neçəsi kifayət qədər dəqiq görmə imkanını əldə etməyə imkan yaradacaq.

Şəraitdən asılı olmayaraq, ilkin verilənləri daha keyfiyyətli etmək çətin deyil – bir neçə mənbə tapmaq kifayətdir.

Məkan axtarışı üçün olduğu kimi, mütəxəssislərin cəlb edilməsi üçün də agentliklər və rieltorlar var. Bir çox təşkilati məsələləri autsorsa vermak olar və lazımdır. Müvafiq məsələlərin həlli üçün xidmətlərin dəyəri və zaman intervalını bilavasitə təchizatçılardan dəqiqləşdirmək olar. Əlbəttə, təhlil üçün bir yox, bir neçə təklif lazımdır.

Tövsiyə: ilkin verilənlərin esablamaları və dəqiqləşdirmələri ayrı faylda deyil, elektron cədvəlin ayrıca pəncərəsində yerləşdirin.

Biznes-planın təsviri hissəsi

Biznes-planın təsviri hissəsi mühümdür. Biznes-modeldən fərqli olaraq o, qat-qat az dəyərliliklə fərqlənir. Buna görə də təsviri hissəyə bir qədər qənaətlə yanaşmaq məqsədəuyğundur.

Bundan başqa, uydurmamaq üçün üç vacib səbəb var:

•    Həddən çox böyük sənədləri oxumağı sevmirlər
•    Həddən çox məlumat fokusun itirilməsinə səbəb olur
•    Xətaların edilməsi ehtimalı artır.

Biznes-planın təsviri issəsində hansı bölmələr var?

•    Layihənin məqsədi. Bu biznes-planın icrası hansı məsələləri həll edir? Hansı maliyyə bə təbii göstəricilərə nail olmaq planlaşdırılır?
•    Məhsulun təsviri. Məhsul mal və ya xidmətin onun istehlakçılarının gözlərilə qavrayışıdır. Məhsulun alışı hansı problemi həll edir? Bu necə baş verir? Məhsulun alışı necə baş verir?
•    Marketinq planı. İstelakçılar necə məhsul barədə öyrənir? Məlumatlandırılması gərəkən hədəf auditoriyasının həcmi və xüsusiyyətləri hansılardır? Marketinqin konversiya və digər göstəriciləri necədir?
•    Biznes-plan istehsalatı kəsb etdikdə, istesalat planı.
•    Təşkilati plan. Biznes-planın reallaşdırılması üçün hansı məsələləri həll etmək gərəkdir? Layihənin reallaşdırılma qrafiki. Nizamlayıc və normativ sənədlərin siyahısı.
•    Risklərin təhlili və risklərin modeli. Hansı risklər baş verə bilər, hansı real (ölçülən) təsiri onlar biznesə göstərə bilər və hansı təzminat tədbiləri planlaşdırılır.
•    Maliyyə planı. Yuxarıda təsvir olunub.

Qeyd edək ki, uğursuz variantlar da nəzərdən keçirilməli və yazılmalıdır. Bu da vacibdir.

“Rəqiblər yoxdur. Layihə unikaldır”

Bu ifadə onun müəlifilə ünsiyyəti kəsməyə əla səbəbdir.

Birincisi, rəqabət olmaya bilməz. O, hər zaman mövcuddur. Birbaşa və ya dolayı.

İkincisi, bu cür fikirlər 100% hallarda rəhbərin səriştə kasadlığı haqda məlumat verir.

Rəqabətin olması, onun dərk edilməsi bazarın çalışdığını və rəbərin onun konyunkturası ilə tanış olduğunu bildirir.

Ancaq dolayı olan, açıq rəqabətsiz bazar, böyük ehtimalla istənilən yeni məhsulları rədd edəcək. Bunun öhdəsindən gəlmək üçün marketinqə böyük və davamlı yatırımlar lazımdır.

İnvestorun sualları

Biznes-planı tədqiq edərək, investor aşağıdakı suallara cavab axtarır:

•    Rəhbər vəziyyəti nə dərəcədə idarə edir?
•    Şirkət necə pul qazanır?
•    Təsvir edilmiş biznes-model nə dərəcədə stabil və realdır?
•    Yatırım olunmuş vəsaitlərin geri dönüşü zəmanətləri necədir?

Samirə Məmmədova