biznes-ucun-en-yaxsi-onlayn-bank-2020-mukafatinin-qalibleri-mueyyen-olunub

“Biznes üçün ən yaxşı Onlayn Bank 2020” mükafatının qalibləri müəyyən olunub

Ötən həftə "SME Banking Club” tərəfindən MDB və Qafqaz ölkələrində fəaliyyət göstərən banklar arasında “Biznes üçün ən yaxşı Onlayn Bank 2020” mükafatının qalibləri müəyyən olunub.

Azərbaycan üzrə nüfuzlu mükafata PAŞA Bank layiq görülüb. “Ekspertlər Şurası” qapalı tədbirdə biznes üçün onlayn bankların TOP-20 reytinqi açıqlandı, habelə bölgə üzrə ən yaxşı onlayn bankın seçim mərasimi baş tutub. Tədbir "SME Banking Club”a üzv olan bankların və araşdırmanın nəticələrinə əsasən finalçı kimi seçilən bankların iştirakı ilə keçirilib.