biznesmen-wikipediya-ya-2-5-milyon-dollar-iane-etdi

Biznesmen “Wikipediya”-ya 2,5 milyon dollar ianə etdi

ABŞ-da sahibkar Kreyq Nyumark “Wikipediya”-nın hesabına internet-ensiklopediyanın işini daha əvvəl qısa müddətli iflic etməyə nail olmuş hakerlərdən müdafiə üçün 2,5 milyon dollar köçürüb.

İnsider.az bu barədə “Deutsche Welle”-ə istinadla xəbər verir.

“Wikipediya”-ya güclü haker hücumunun baş verməsindən bir neçə gün sonra internet-ensiklopediyanın rəhbərliyi kontrtədbirlərin alınması üçün iri həcmdə ianə alıb. “Wikimedia Foundation”-un sentyabrın 10-da verdiyi bəyanata əsasən, media-sahibkar Kreyq Nyumarkın fondunun platformanın müdafiəsinə etdiyi ianənin məqsədi həmçinin istifadəçilər haqda məlumatların daha yaxşı qorunmasıdır.

Nyumark 1990-cı illərdə Kreyqlist (Craiglist) elektron elanlar saytının əsasını qoymuşdu – o, bu saytın hesabına varlandı. Bundan başqa, Nyumark mesenat kimi də məşhudur. O, daha öncə də internet-ensiklopediyanın layihələrinə təxminən iki milyon dollar ianə etmişdi.

Qeyd edək ki, naməlum hakerlər ötən cümə DDOS-hücumlar vasitəsilə “Wikipediya”-nın işini iflic etdilər. Hücumlar bir neçə saat davam etdi. DDOS-hücumlar üzərindən serverlər mənasız sorğular axını ilə sıradan çıxarılır.

Samirə Məmmədova