Müasir texnologiyalardan bəhs edən “Black Mirror” elmi fantastika serialının şouranneri Çarli Bruker 2020-ci il barədə mokumentari janrında (Sənədli film üslubunda bədii film) film çəkəcək.
“Vulture”un məlumatına görə, bu barədə filmdə rol alan məşhur aktyor Hyu Qrant bildirib.
O, Brukerin ssenarisi əsasında başlayan çəkilişlərdə 2020-ci il barədə sualları cavablandıran tarixçi rolunu oynayacaq.
“Mən orada kifayət qədər xoşagəlməz biriyəm, amma parikim xoşunuza gələcək”, - deyə Hollivud ulduzu bildirib.
Film “Netflix”də yayımlanacaq.
Layihə haqqında əlavə təfərrüatlar bildirilməyib.
Oxu.Az