ABŞ-lı iş adamı Michael Bloomberg, 2020-ci il ABŞ Prezident seçkisi üçün Demokratiya Partiyasından namizədliyini rəsmi olaraq elan edib.
İnsider.az xəbər verir ki, milyarder iş adamı ABŞ Prezidenti Donald Tramp ilə bağlı olaraq "Ölkəmiz və dəyərlərimizə mövcud olan bir təhlükə" ifadələrini istifadə edib.
Bloomberg, "Twitter"dən verdiyi açıqlamasında, "Donald Trampı məğlub etmək və ABŞ-ı yenidən qurmaq üçün namizədliyimi irəli sürürəm. Mənim kommersiya, rəhbərlik və xeyriyyəçilik üzrə təcrübələrimin qazanmağıma imkan verəcəyinə inanıram" deyib.
"Prezident Trampın daha bir dörd il qeyri əxlaqi hərəkətlərini izləyə bilmərik" deyən Bloomberg, Trampın yenidən seçkini qazanması vəziyyətində "zərərdən heç bir zaman geriyə qayıtmaq mümkün olmayacağını" söyləyib.
"Bloomberg News"in ana şirkəti "Bloomberg LP"nin qurucusu və sahibi olan Michael Bloomberg, ardıcıl üç dəfə Nyu York bələdiyyəsinə sədrlik edib.
Marja