Dünyanın ən varlı 25 ailəsinin ümumi sərvəti 1,7 trilyon dollar təşkil edir ki, bu da bir il əvvəlkindən 22% çoxdur.
Reytinqdə “Walmart”, “Mars”, “Koch Industries” və “Hermes” şirkətlərinin sahibləri yer alır. İl ərzində ən zəngin ailələrin ümumi sərvəti 22% artıb.
Bloomberg -ə görə dünyanın ən varlı ailələri sırasına, “Walmart” topdan və pərakəndə ticarət şəbəkəsinə sahib olan Uolton ailəsi başçılıq edirdi. Agentlik onun sərvətini 238,2 milyard dollar həcmində qiymətləndirib.
“Walmart” 1962 -ci ildə iş adamı Sam Uolton tərəfindən yaradılıb. İndi dünyada mağazaların sayı 10,5 mindir. Şirkətin gəliri 559 milyard dollardır. Uolton ailəsi şəbəkənin səhmlərinin 48% -nə sahibdir.
Ən varlı ailə Top-10-na:
Reytinqə ümumilikdə 25 ailə daxil edilib. Bunların arasında, Alman “Aldi” mağazalar şəbəkəsi sahibi olan Albrecht ailəsi (51 milyard dollar), “Estee Lauder” kosmetika markasının sahibləri (49,3 milyard dollar), Fransız ticarət nəhəngi “Auchan” (45.9 milyard dollar) sahibi olan Mulier ailəsi və BMW sahibi olan Kuandt ailəsi (42,3 milyard dollar) var.
Səbinə Səmidxan