bloomberg-italiya-istiqrazlari-yunanistan-istiqrazlarindan-daha-riskli-ola-biler

“Bloomberg”: İtaliya istiqrazları Yunanıstan istiqrazlarından daha riskli ola bilər

Avropalı investorlar üçün hazırda yunan istiqrazlarındansa, italyan istiqrazlarını saxlamaq daha riskli ola bilər. İnsider.az bunu “Bloomberg”-ə istinadla xəbər verir.

“Capital Economics” proqnozlaşdırır ki, bu onilliyin böyük hissəsi ərzində bir çox investorlar üçün aktiv olmuş Yunanstanın 10-illik kağızlarının gəlirliliyi 2019-cu ilin sonuna doğru anoloji italyan istiqrazları üzrə stavkadan aşağı olacaq.

Bu, onların yatırım üçün daha təhlükəsiz ola biləcəkləri göstəricilərindən biridir.

Resursun qeyd etdiyinə əsasən, belə qiymətləndirmə Yunanıstan büdcə perspektivlərinin yaxşılaşması ilə və büdcə səbəbinə görə investorları əsəbləşdirən İtaliya və Aİ arasındakı davam edən çəkişmələrlə bağlıdır.

Samirə Məmmədova