ABŞ-ın potensial alıcılara etdiyi təzyiqlərə baxmayaraq, Venesuela höküməti 400 milyon dollara 9 ton qızıl satıb.
Bu barədə İnsider.az “Bloomberg” agentliyinə istinadla xəbər veir.
Agentliyin sözlərinə görə, qiymətli metalları Türkiyə və Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) olan şirkətlər əldə edə bilərlər.
Agentlik əlavə olaraq qeyd edib ki, respublikanın Mərkəzi bankının qızıl-valyuta rezervi hazırda 8,6 milyard dollar təşkil edir.
Xatırladaq ki, aprel ayında rəsmi Vaşinqton Venesueladan Kubaya neft daşıyan iki şirkətə və Venesuelann “PDVSA” dövlət şirkətinin 34 tankerinə qarşı saksiyalar tətbiq etmişdi.
Ondan öncə yanvarda isə ABŞ-da “Citgo Petroleum” törəmə neft emalı şirkətinə sahib olan “PDVSA” firmasına qarşı məhdudiyyətlər tətbiq olunmuşdu.
Samirə Məmmədova