bloomberg-rusiya-iqtisadiyyati-sanksiyalara-baxmayaraq-boyuyur

Bloomberg: Rusiya iqtisadiyyatı sanksiyalara baxmayaraq böyüyür

Agentlik ölkədə əmək haqlarının artımını, habelə yoxsulluq və işsizliyin “rekord aşağı səviyyədə” olduğunu qeyd edib.

Rusiya iqtisadiyyatı görünməmiş sanksiyalara baxmayaraq böyüyür.

Bu barədə cümə axşamı Bloomberg məlumat yayıb.

Xəbərə görə, Moskva öyünə bilər ki, görünməmiş beynəlxalq sanksiyalar Rusiya iqtisadiyyatına xələl gətirə bilməz, əksinə, hətta böyüyə bilər.

Agentlik qeyd edib ki, əməkhaqqı “ikirəqəmli artıb”, rubl sabitləşib, yoxsulluq və işsizlik “rekord şağı həddə”dir. Bloomberg qeyd edir ki, "bunların ruslara faydası olub".

2023-cü ilin dekabrında Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Qərb artıq öz anti-Rusiya sanksiyalarının bumeranq effektini hiss edib. Onun sözlərinə görə, artıq Qərbdə çoxları onların düzgün hərəkət edib-etmədikləri ilə maraqlanır. 

Marja