bmt-nin-bas-katibi-iki-olke-arasinda-tam-miqyasli-munaqise-felakete-cevrilecek

BMT-nin Baş katibi: İki ölkə arasında tam miqyaslı münaqişə fəlakətə çevriləcək

Ermənistan və Azərbaycan arasında münaqişə tam miqyaslı qarşıdurmaya çevrilərsə bu fəlakətə gətirib çıxaracaq. BMT-nin baş katibi Antoniu Quttereş ölkələri təmkinli olmağa çağırıb.

İnsider.az xəbər verir ki, bunu Baş katibin rəsmi nümayəndəsi Stefan Düjarrik bildirib.

“Baş katib Azərbaycan və Ermənistan arasında gərginliyi dərin narahatlıqla izləyir. O, maksimum təmkinli olmağa çağırır. Bu iki ölkə arasında tam miqyaslı münaqişə fəlakətə gətirib çıxaracaq”, - Baş katibin rəsmisi bildirib.

Qeyd edək ki, iyulun 12-dən etibarən Ermənistan silahlı bölmələri Azərbaycanın Tovuz rayonunda olan mövqelərini artilleriyadan atəşə tutub. Azərbaycan Ordusunun cavab tədbirləri ilə Ermənistan tərəfi 100-dən itki verib, hərbi texnikaları, dayaq məntəqələri məhv edilib.

Döyüşlər zamanı Azərbaycan Ordusunun 12 hərbçisi şəhid olub.

Səbinə Səmidxan