bmt-planet-ehalisinin-artim-proqnozunu-derc-edib

BMT planet əhalisinin artım proqnozunu dərc edib

Bazar ertəsi - iyunun 17-si Birləşmiş Millətlər Təşkilatı yaxın 30 ildə planet əhalisinin sayının proqnozu barədə hesabatı dərc edib. İnsider.az bu barədə “Korrespondent”-ə istinadla yazır.

Sənəddə deyilir ki, “dünya əhalisi yaxın 30 ildə indiki 7,7 milyarddan iki milyard çox olacaq. Yəni 2050-ci ildə 9,7 milyard adama çatacaq”.

Yüzilliyin sonuna doğru Yerin əhalisi 11 milyarda çata bilər.

Proqnozlara görə, 2027-ci ildə Hindistan dünyanın ən sıx əhalisi olan ölkə kimi Çini geridə qoyacaq.

Hesabata əsasən, 2050-ci ilədək proqnozlaşdırılan əhalinin əksər hissəsi Hindistan, Nigeriya, Pakistan, Konqo Demokratik Respublikası, Efiopiya, Birləşmiş Tanzaniya Respublikası, İndoneziya, Misir və Amerika Birləşmiş Ştatlarında olacaq.

Samirə Məmmədova