ABŞ-ın qondarma erməni soyqırımını tanıması planlarını şərh edən BMT Baş katibinin rəsmi nümayəndəsi Stefan Dyucarrik bu faktın müvafiq instansiya məhkəməsi tərəfindən təsdiq edilməli olduğunu bildirib.
“Əgər BMT-nin mövqeyindən danışsaq, soyqırımı faktı müvafiq məhkəmə instansiyası tərəfindən təsdiq edilməlidir”, - deyə S.Dyucarrik bəyan edib.
TASS xəbər verir ki, qurum rəsmisi ötən əsrin əvvəllərində Osmanlı imperiyasında cərəyan edən hadisələri şərh etməkdən imtina edərək, onların BMT-nin yaranmasından xeyli əvvəl baş verdiyini qeyd edib.