bmt-tehlukesizlik-surasi-mebed-dagi-etrafindaki-veziyyetle-bagli-iclas-kecirecek

BMT Təhlükəsizlik Şurası Məbəd dağı ətrafındakı vəziyyətlə bağlı iclas keçirəcək

BMT Təhlükəsizlik Şurası bu gün Məbəd dağı ətrafındakı vəziyyətlə bağlı iclas keçirəcək.

Məlumata görə, iclas üçün Fələstin və İordaniya müraciət edib. Çin və BƏƏ belə bir çağırışı dəstəkləyib.

Bundan əvvəl İsrailin milli təhlükəsizlik naziri, ifrat sağçı Yəhudi Qüvvələri partiyasının lideri İtamar Ben-Qvir müsəlmanlar üçün müqəddəs sayılan Əl-Əqsa məscidinin yerləşdiyi Məbəd dağına çıxıb. Misir, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı və bir sıra digər ərəb ölkələri bu addımı qınayıb.

İslam Əməkdaşlıq Təşkilatı isə bu hərəkətləri yəhudi dövlətinin “Əl-Əqsanın tarixi və hüquqi status-kvosunu dəyişdirmək cəhdi” adlandırıb.

Oxu.Az