Alman avtokonserni olan “BMW” Avropada 560 min avtomobilini geri çağırır. Onlardan təxminən 274 mini Almaniyadan geri qaytarılacaq.
İnsider.az bu barədə “Die Welt”-ə istinadla xəbər verir.
Qeyd olunur ki, geri çağırma səbəbi elektrik şəbəkəsilə bağlı mümkün problemlər olub.
Belə ki, geri çağırmaya 2002-2010-cu illərdə buraxılmış “E60”, “E61”, “E63” və “E64” avtomobil modelləri aiddir. Adı çəkilən avtomobillərin 5-ci və 6-cı seriyalarında elektik şəbəkəsindəki vint birləşməsinin korroziyası alışmaya gətirib çıxara bilər.
Qeyd edək ki, “BMW”-dən verilən məlumata əsasən, geri çağırma ehtiyyat tədbiridir və ancaq tək-tük hallarda real yanğın təhlükəsi olub.
Samirə Məmmədova