Oliver Tsislea alman avtokonserni olan “BMW”nin direktorlar şurasına yeni sədr təyin olunub.
İnsider.az “Korrespondent”-ə istinadən bildirir ki, o, vəzifəsinin icrasına avqustun 16-dan etibarən başlayacaq.
Tsisle 2015-ci ildən şirkətin direktorlar şurasında idi və hal-hazırda istehsalat bölməsinə cavabdehdir.
O, şirkətdə 1991-ci ildən bəri çalışır, bu vaxt ərzində bir sıra rəhbər vəzifələri tutub.
Xatırladaq ki, iyulun əvvəlində şirkətin əvvəlki rəhbəri Harald Krüger öz müqaviləsinin uzadılmama niyyəti barədə bildirmişdi.
KİV-in məlumatına görə, Krügerin vəzifədən azad olunması 2016-cı ildə “BMW”nin “Mercedes-Bens”dən geriləyərək, ən yaxşı premium avtomobillərinin istehsalı statusunu itirməsilə bağlıdır. Həmçinin keçmiş top-meneceri model sırasının həddən artıq ləng elektirkləşdirilməsində ittiham edirlər.
Samirə Məmmədova