“Boeing 737 MAX” sərnişin təyyarələrinin buraxılışına görə cavabdeh olan “Boeing”in vitse-prezidenti Erik Lindblad istefa verir. Lindbladın gedişi barədə korporasiya əməkdaşlarını “Boeing Commercial Airplanes”ın prezidenti Kevin Makalister məlumatlandırıb. İnsider.az bu barədə “Kommersant”-a istinadla xəbər verir.
Lindblad “Boeing”-də 34 il işləyib. O, 2018-ci ilin avqustundan Rneton şəhərindəki “737 MAX” təyyarələrinin yığımına rəhbərlik edirdi. Onun vəzifəsi istehsalat problemlərini, xüsusilə, laynerlər üçün hissələrin təcizatında yaranan nasazlıqları aradan qaldırmaq idi.
Öz istefasını şərh edərkən, Lindblad hələ ötən ildən pensiyaya çıxmağı planlaşdırdığını bildirib.
Qeyd edək ki, “Boeing 737 MAX” modelinin uçuşları 300-dən çox insanın həyatına son qoymuş iki aviaqəzadan sonra dayandırılıb. İlk qəza isə E. Lindbladın vəzifəyə keçməsindən iki ay sonra baş verib.
Samirə Məmmədova