boeing-den-qeza-qurbanlarinin-yaxinlarina-100-milyon-dollarliq-yardim

Boeing-dən qəza qurbanlarının yaxınlarına 100 milyon dollarlıq yardım

İndoneziya və Efiopiyada baş vermiş qəzalardan sonra tənqidlərin hədəfində olan ABŞ-ın Boeing şirkəti, qəza qurbanları üçün yeni bir addım atıb.

İnsider.az xəbər verir ki, şirkətin məlumatına görə, bir neçə illik prosesdə qurban ailələri üçün 100 milyon dollarlıq yardım ediləcək. Şirkət əməkdaşlarının da bu yardımlara töhfə verəcəyi vurğulanıb.

Sözügedən yardımların çatdırılması üçün yerli hökumət və qeyri-hökumət təşkilatları ilə də çalışacaqları bildirilən açıqlamada, pulun qurbanların ailələrinin təhsili, gündəlik xərcləri və qəzadan əziyyət çəkənlərin iqtisadi inkişafı üçün istifadə ediləcəyi qeyd edilib.

Bundan başqa açıqlamada, şirkətə cinayət işi açan ailə və şəxslərə ödəniləcək təzminatların bu 100 milyon dollara daxil olmadığı bildirilib.

BOEING 737 MAX 8 BÖHRANI

İndoneziyada Lion Hava Yollarına aid "JT 610" saylı Boeing 737 Max 8 tipli təyyarə, 29 Oktyabr 2018-ci ildə, Cakartadan Sumatra adasındakı Pangkal Pinang şəhərinə getmək üçün havaya qalxdıqdan qısa bir müddət sonra dənizə düşüb. 189 nəfərin öldüyü qəza, bu tip təyyarələrin ilk qəzası kimi tarixə düşüb.

Efiopiya Hava Yollarına aid Boeing 737 Max 8 tipli sərnişin təyyarəsi də, 10 Martda Addis Ababadan Keniyanın paytaxtı Nairobiyə getmək üçün havaya qalxdıqdan qısa müddət sonra düşmüş, təyyarədəki 157 nəfər ölüb.

Efiopiyadakı qazanın ardından bir çox ölkə "Boeing 737 Max" tipli təyyarələr ilə uçuşları müvəqqəti olaraq dayandırıb və hava məkanlarını bu uçuşlara bağlayıb.

©Marja