boeing-in-itkileri-qiymetlendirilib

“Boeing”in itkiləri qiymətləndirilib

2019-cu ilin ikinci rübündə “Boeing 737 MAX” laynerlərinin istismarının dayandırılması və onların sifarişçilərə təchizatının təxirə salınması səbəbinə görə “Boeing” korporasiyasının mənfəəti 5,6 milyard dollar azalacaq. İnsider.az bu barədə “Kommersant”a istinadla xəbər verir.

Xatırladaq ki, bu təyyarələrin 346 insanın həyatına son qoymuş İndoneziya və Efiopiyadakı iki aviaqəzadan sonra istismarına qadağa qoyulub. “Boeing” hələ ki, qəzalara səbəb olmuş proqram təminatının təkmilləşdirilməsindən sonra tənzimləyicilərin “737 MAX”ın uçuşlarının bərpasına icazəsini əldə etməyə çalışır.

“Şirkət “Boeing” “737 MAX”ın istismarının dayandırılması və təchizatın təxirə salınması ilə bağlı olan (aviaəlaqədəki – red.) nasazlıqlara görə istehlakçılara potensial ödənişlərlə bağlı 4,9 milyard dollar (hər səhmə görə 8,74 dollar) məbləğində xərcləri nəzərə alacaq. Bu, mənfəətin və xalis gəlirin (vergilərin ödənilməsinə qədər) 5,6 milyard dollar azalmasına gətirib çıxaracaq”, — “Boeing”-in press-relizində deyilir.

Samirə Məmmədova