bolqaristan-prezidenti-parlamenti-buraxdi

Bolqarıstan prezidenti parlamenti buraxdı

Bolqarıstan Prezidenti Rumen Radev Bolqarıstanda Parlamentin buraxılması haqqında fərman imzalayıb.

Bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb.

“Prezident Rumen Radev avqustun 2-dən 47-ci Xalq Yığıncağının buraxılması haqqında fərman imzalayıb”, - deyə xəbərdə bildirilib.

O da vurğulanıb ki, ölkədə yeni parlament seçkisi oktyabrın 2-də keçiriləcək. Həmin vaxta kimi isə artıq elan olunmuş texniki hökumət işləyəcək.

Oxu.Az