Böyük Britaniyanın Baş naziri Boris Conson səlahiyyətlərinin icrasına son verməzdən əvvəl Ukraynaya səfər etmək niyyətindədir.
O, fevralın 24-dən sonra üçüncü dəfə Kiyevə baş çəkmək istəyir.
Xatırladaq ki, dünən Conson silaha sarılaraq Ukrayna hərbçiləri ilə təlim keçib.
Hökumət başçısı daha öncə Britaniya parlamentində vida nitqi ilə çıxış edərkən Ukraynanın qayğısına qalmağa çağırış etmişdi.