boris-consondan-brexiti-texire-salmayacagam-mesaji

Boris Consondan "Brexiti təxirə salmayacağam" mesajı

Böyük Britaniyanın Baş naziri Boris Conson Nazirlər Kabinetinin iclasının ardından jurnalistlərə açıqlama verib.

İnsider.az xəbər verir ki, Conson, "Hər kəsin bilməsini istəyirəm ki, heç bir şərt altında Brüsseldən bir daha təxirəsalma istəməyəcəyəm. 31 oktyabrda Avropa İttifaqından çıxacağıq, amması, əgəri yoxdur",- deyib.

Bir ay əvvəl vəzifəyə gəlməsinin ardından Avropa İttifaqı (Aİ) ilə yeni bir Brexit müqaviləsi ehtimalının gücləndiyini də qeyd edən Conson, millət vəkillərini, İngiltərənin müzakirə mövqeyini zəiflədəcək bir addım atmaqdan çəkinməyə çağırıb.

"Seçki istəmirəm, siz də istəmirsiniz", -ifadələrini istifadə edən Conson, 31 oktyabrda Brexit-i həyata keçirmək sözündən imtina etməyəcəyini vurğulayıb.

Conson, Brexit-i daha bir dəfə də təxirə salmağın "mənasız" olacağını bildirib.

©Marja