bosch-1-600-neferi-isden-cixaracaq

"Bosch" 1 600 nəfəri işdən çıxaracaq

"Bosch" Almaniyada avtomobil hissələri zavodlarından iki ildə 1 600 nəfəri işdən çıxarmağı planlaşdırır.
 
İnsider.az xəbər verir ki, "Bosch" dizel və benzin avtomobillərə  azalan tələbat səbəbindən ixtisara gedəcək.

Şirkətin sözügedən plan haqqında işçiləri məlumatlandırdığı bildirilib.

"Bosch"ın avtomobil hissələri istehsal edən zavodları Feuerback və Schwierberdingendə yerləşir. 

© "Marja"