Bosniya və Herseqovinadan Avropa İttifaqı (Aİ) ölkələrinin bazarına yumurta ixrac olunacaq.
İnsider.az ölkə mətbuatına istinadla xəbər verir ki, Avropa Komissiyası bu qida növünün ölkədən ittifaq ölkələrinə ixracına razılıq verib.
Bosniya və Herseqovina Xarici ticarət və iqtisadi əlaqələr naziri Mirko Şaroviç toyuq əti idxalına razılıq verildikdən sonra yumurta idxalının da yeyinti sənayesi üçün daha əhəmiyyətli olduğunu vurğulayıb.
© Azertag.az