Böyük Britaniya koronavirus pandemiyasından qaynaqlanan iqtisadi böhrandan xilas ola bilmək üçün radikal addımlar atır.
Böyük Britaniya hökuməti, ölkənin koronavirusdan qaynaqlanan iqtisadi çətinliklərlə mübarizə aparması üçün bu il rekord miqdarda istiqraz satmağı planlaşdırır.
İnsider.az xəbər verir ki, Böyük Britaniya Borcların İdarə Edilməsi Ofisi bu maliyyə ilində 50 milyard sterlinqlik (61.9 milyard dollar) istiqraz satışına dair planlarını açıqlayıb. Beləliklə, bu maliyyə ilində cəmi istiqraz satışı 275 milyard sterlinqə çatacaq və illik rekord satış məbləğini aşacaq.
Bu planlar bəzi narahatlıqlar yaradır belə ki, istiqraz satışları borclanma səviyyələrini artıracaq.
Marja