boyuk-britaniyada-4-min-maliyye-sirketi-iflas-riskile-qarsi-qarsiyadir

Böyük Britaniyada 4 min maliyyə şirkəti iflas riskilə qarşı-qarşıyadır

Böyük Britaniyanın Maliyyə Bazarları Palatası (FCA) təxminən 4 min kiçik və orta həcmli maliyyə şirkətinin yeni növ koronavirus (Kovid-19) epidemiyasına görə  iflas riskillə qarşı-qarşıya olduğunu açıqlayıb.

FCA, ölkədə 23 min maliyyə şirkətini araşdıraraq epidemiyanın yaratdığı mənfi şərtlərə qarşı mövcud müqavimətini müəyyən etməyə çalışıb.

FCA-nin araşdırmaya dair məlumatında, ölkədə çoxlu sayda sığorta, ödəniş sistemləri, e-pul və sərmayə şirkətinin karantin dövründə nağd və likvidlik çətinliyi çəkdiyi qeyd edilib.

FCA Direktoru Sheldon Mills, "Zəif və iflas riski olan 4 min şirkət var. Bunların böyük əksəriyyəti orta və kiçik şirkətlərdir və 30%-nin iflası vəziyyətində zərər vermələri potensialı mövcuddur" deyib. 

Marja