Böyük Britaniyanın Baş naziri Boris Johnson, ölkədə yeni növ koronavirus (Kovid-19) epidemiyası ilə mübarizə daxilində milli karantin elan edildiyini açıqlayıb.
İnsider.az xəbər verir ki, o, İngilis xalqına xitab olaraq etdiyi çıxışında virusun yeni növünün "sinir pozan və narahatlıq yaradan" şəkildə yayıldığını ifadə edib və "Bu səbəbdən Böyük Britaniyada vəziyyəti sovuşduracaq qədər çətin bir milli karantinə girməliyik. Bu, hökumətin bir daha evdə qalmanız üçün təlimat verdiyi mənasını verir" deyib.
Bu vəziyyət Böyük Britaniyadakı üçüncü karantin olur. İkinci milli təcriddən fərqli olaraq, məktəblər və kolleclər də bağlanılacaq.
Marja