Böyük Çin səddinin təxminən iki metr uzunluğunda olan hissəsi zəlzələdən sonra uçub.
Təbii fəlakət Çinin şimal-qərbindəki Çinxay əyalətində baş verib. Zəlzələnin maqnitudası 6,9 bal, episentri isə dağıntı yerindən 114 kilometr aralıda olub. Artıq mütəxəssislər təmir-bərpa işlərinə başlayıblar.
Zəlzələ əhalinin az məskunlaşdığı ərazidə baş verib, lakin yeraltı təkanlar bir neçə böyük şəhərdə hiss olunub.
Hadisə nəticəsində doqquz nəfər xəsarət alıb. Ölənlər barədə məlumat verilməyib.
Mənbə: Global Times