boyuk-xezer-regionunda-cenub-qaz-dehlizinin-tamamlanmasi-ve-enerji-bazarinin-geleceyine-dair-muzakir

Böyük Xəzər Regionunda Cənub Qaz Dəhlizinin Tamamlanması və Enerji bazarının gələcəyinə dair Müzakirə keçirilib - VİDEO

Hökümət nümayəndələri, şirkət rəhbərləri və düşüncə mərkəzi liderləri 40 milyard dollarlıq Cənub Qaz Dəhlizi (CQD) layihəsinin bu yaxınlarda başa çatması fonunda Xəzər regionundakı enerji bazarının gələcəyini müzakirə etdilər.

Washıngton, D.C. – Bu gün Xəzər Siyasət Mərkəzi Cənub Qaz Dəhlizi (CQD) layihəsinin əhəmiyyətini, gələcək enerji infrastrukturu inkişaflarını, karbonsuzlaşdırma səylərini və regional inteqrasiyanı müzakirə etmək üçün mütəxəssis paneli təşkil etdi.

"CQD-nin başa çatdırılması enerji bazarlarında dəyişən və iqlim dəyişikliyinə diqqət artırılan maraqlı dövrlə üst–üstə düşür. Yenə də Rusiyanın təbii qaz tədarükçüsü kimi etibarlılığı və qaz ixracatını siyasiləşdirməsi, habelə Avropada təbii qaza olan ehtiyac hələ də davam edir, necə ki, Xəzər hövzəsindəki ölkələrin əhəmiyyətli qaz yataqlarına sahib olmağa davam etdikləri kimi.” – CPC-nin İcraçı direktoru Əfqan Nifti dedi bildirdi. “Bu layihə region və CQD-ni inşa edən tərəfdaşlar üçün uzun bir səyahət idi və bu, mühüm nailiyyətdir.” – Ə. Nifti əlavə etdi."

40 milyard dollarlıq CQD-nin tamamlanması Amerika Birləşmiş Ştatlarının diplomatiyası üçün mühüm bir mərhələ oldu. ABŞ Dövlət Departamentinin Enerji Resursları Bürosunun keçmiş Katib köməkçisi Fransis R. Fannon, müzakirə əsnasında ABŞ-ın bəzi administrasiyaları arasında onilliklər boyu davam edən enerji diplomatiyası səylərini, dövlət–özəl sector tərəfdaşlığı, o cümlədən çoxmillətli investisiyaları vurğulayan əsas fikirlərini çatdırdı.

“Enerji yalnız texniki bir məsələ deyil, eyni zamanda xarici siyasət üçün bir növ səlahiyyət qaynağıdır. CQD bu konsepsiyanın ən böyük dəlillərindən biri sayıla bilər.” – Dövlət katibinin keçmiş köməkçisi Fannon vurğulayıb. “Enerji inkişafa, təhlükəsizliyə və suverenliyin həyata keçirilməsinə əsas təşkil edir və CQD bu dəyərlərin hər üçünə gedən yoldur. Bu müvəffəqiyyət, ikitərəfli əsasda ABŞ administrasiyalarının on illərlə davam edən enerji diplomatiyası üzərində quruldu.” – cənab Fannon bəyan edib.

CQD layihəsi Cənub–Şərqi Avropa və Cənubi Qafqazdakı bir çox hökümət və özəl şirkətlər arasında əməkdaşlıq sayəsində mümkün olmuşdur. Xəzər Siyasət mərkəzinin Enerji və İqtisadiyyat Proqramının rəhbəri səfiri Robert F. Cekuta moderatorluğunu etdiyi vebinar iştirakçılarına CQD-nin tamamlanmasının Avropa və Avrasiya arasında nəqliyyat və əlaqə üçün yeni satış məntəqələrini necə asanlaşdıracağı barədə fikirlərini bildirib.

"CQD layihəsinin reallaşması üçün aparıcı enerji şirkətlərindən diplomatik yaradıcılıq, beynəlxalq əməkdaşlıq və texniki təcrübə tələb olunurdu." – səfir Cekuta qeyd etdi. "Bu, hökümət rəhbərləri və rəsmiləri, diplomatlar, korporativ rəhbərlər və mütəxəssislər tərəfindən illərdir davam edən işlərin uğurlu nəticəsidir, eyni zamanda irəliyə baxmağın bir məqamıdır."

Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov, Albaniyanın ABŞ-dakı səfiri Floreta Faber, Gürcüstanın ABŞ-dakı səfiri David Bakradze və Türkiyənin ABŞ-dakı Səfirliyinin Missiya rəhbərinin müavini Sinan Ertay, müzakirə zamanı çıxışlarını etdilər və təmsil etdikləri ölkələr üçün CQD layihəsinin iqtisadi–siyasi dəyərini vurğuladılar.

Səfir Süleymanov “Birlikdə işləmək üçün böyük imkanlarımız var.” deyərək, layihənin vacibliyinə toxundu. "Nəqliyyat dəhlizləri, Ermənistan da daxil olmaqla, qonşularımızla birlikdə işləmək və hər kəsin suverenliyini, inkişafını davamlı etmək və regiona daxil olmaq üçün yeni ortaya çıxan imkanlar var." – səfir Elin Süleymanov əlavə edib.

“Enerji təhlükəsizliyi, mənbələrin şaxələndirilməsi və karbonsuzlaşdırma hədəfləri həlledici əhəmiyyətə malikdir və Albaniya Trans–Adriatik Boru Kəmərinin bu səylərini artırmaq üçün səylərinə töhfə verməkdən məmnundur.” İnteqrasiya olunmuş təbii qaz bazarı və tədarükün diversifikasiyasının böyük uğur olacağına səfir Faber ümid bəslədiyini bildirdi. "İqlim dəyişikliyi dünyanın ən böyük problemi olduğu üçün, ən vacib olan da ekoloji cəhətdən təmiz mənbələrin təqdim edilməsidir."

"Enerji təhlükəsizliyi ABŞ və region ilə ikitərəfli gündəliyimizin vacib bir hissəsi olaraq qalır." – səfir Bakradze qeyd edib. "Enerji təhlükəsizliyi sahəsində əvvəlki ikitərəfli uğurları inkişaf etdirmək üçün yeni rəhbərliklə işləmək üçün gələcəkdə əməkdaşlığın artırılmasını gözləyirik."

Panel iştirakçıları: səfir Richard Morningstar, Atlantik Şurasında Qlobal Enerji Mərkəzinin direktoru və sədri; Elşad Nəsirov, SOCAR-ın İnvestisiya və Marketinq üzrə vitse-prezidenti; və “BP America”nın Beynəlxalq Əlaqələr üzrə rəhbəri Robert Scher, Qərbi Balkanlarda çox ehtiyac duyulan enerji qaynaqlarını təmin etmək üçün CQD-nin genişləndirilməsinin mövcud potensialından bəhs etdilər.

“CQD-nin növbəti mərhələsində biz Qərbi Balkanlarda əlavə bazarlara çatmağı ümid edirik. Albaniyanın və Qərbi Balkanların digər ölkələrindəki vətəndaşlara qaz çatdırılmasının açılışını edəcəyik.” – cənab Nəsirov vurğulayıb. “İsrail qazı da daxil olmaqla, Şərqi Aralıq dənizindən əlavə qaz həcmlərinə ümid edir və səbirsizliklə gözləyirik."

“CQD çox böyük, mürəkkəb və cəsarətli bir layihədir. Vaxtında və büdcə çərçivəsində tamamlanacağını düşünmək çox diqqətəlayiqdir ” Cənab Şer bildirir. “Layihənin bu qədər uğurlu olmasının beş səbəbi var - enerji tədarükünün şaxələndirilməsi üçün açıq iş; özəl və dövlət sektorları arasında sıx koordinasiya; yüksək səviyyəli texniki təcrübə; aydın öhdəlik və hədəflər; və ölkələr arasında tərəfdaşlıq.”
 "ABŞ 25 ildən çoxdur ki, Xəzər bölgəsindəki ikipartiyalı layihələrə dəstək göstərir və bu böyük bir nailiyyətdir." Səfir Morningstar bildirdi.

CQD-nin inşası və tamamlanması iştirakçı ölkələr arasında davamlı əməkdaşlığa və özəl sektorun uğurlu səfərbərliyinə əsaslanırdı. Panel iştirakçıları, CQD-nə bənzər gələcək enerji infrastrukturu inkişaflarının COVID-19 pandemiyası, karbohidrogen bazarındakı dalğınlıqlar və dövlətlərarası qarşıdurma kimi beynəlxalq zərbələrə davam gətirə bilməsi üçün ayrılmaz layihə olduğunu qeyd etdilər.