Böyük Britaniyanın neft-qaz şirkəti BP Alyaskada olan bütün aktivlərini 5,6 milyard ABŞ dollarına "Hilcorp Alaska"ya satmağı planlaşdırır.
İnsider.az xəbər verir ki, BP məlumatına görə "Hilcorp Alaska" BP-nin Transalyaska neft kəmərindəki payını, həmçinin onun bu ştat ərazisində işləyən geoloji kəşfiyyat bölməsini əldə edəcək.
Qeyd edilir ki, əqdin 2020-ci ildə bağlanacağı planlaşdırılır.
BP-nin Alyaskada 1,6 minə yaxın əməkdaşı var. Şirkət 2005-2018-ci illərdə ABŞ-dakı biznesinə 115 milyard dollar yatırım edib.
©Finans.az