bp-i-rubde-4-mlrd-abs-dollarindan-cox-zerer-edib

BP I rübdə 4 mlrd. ABŞ dollarından çox zərər edib

BP şirkəti neftin ucuzlaşması və tələbatın azalması səbəbindən bu ilin I rübünü zərərlə başa vurub.

İnsider.az şirkətin I rüb üzrə hesabatına əsasən xəbər verir ki, I rübdə şirkətin zərəri 4,365 mlrd. ABŞ dolları təşkil edib.

Ötən ilin I rübündə isə BP 2,934 mlrd. ABŞ dolları xalis mənfəət əldə etmişdi.

Bu ilin I rübündə BP-nin gəliri ötən ilin müvafiq dövründəki 67,407 mlrd. ABŞ dollarından 59,54 mlrd. ABŞ dollarına düşüb.

I rübdə BP-nin ümumi karbohidrogen hasilatının həcmi 2,8% azalaraq 3,715 mln. barel neft ekvivalenti təşkil edib.

I rübdə BP-nin əsaslı xərcləri ötən ilin müvafiq dövründəki 3,6 mlrd. ABŞ dollarından 3,5 mlrd. ABŞ dollarına düşüb.

Hesabat dövründə BP-nin xalis borcu 51,4 mlrd. ABŞ dolları təşkil edib. Ötən ilin müvafiq dövründə isə bu rəqəm 45,08 mlrd. ABŞ dolları olub.

Report