bp-nin-iqtisadcisi-abs-in-lng-istehsalinda-lider-olacagi-gozlenilir

BP-nin iqtisadçısı: "ABŞ-ın LNG istehsalında lider olacağı gözlənilir"

Ötən il dünyada təbii qaz istehlakı və hasilatı artıb. Ötən il təkcə ABŞ qaz hasilatını 80 mlrd. kubmetrdən çox atırıb.

Correct.az-ın məlumatına görə, bunu BP şirkətinin Rusiya və MDB ölkələri üzrə baş iqtisadçısı Vladimir Drebentsov Bakıda  “BP-nin dünya enerjisinə dair statistik icmalı” və “BP-nin enerji perspektivinə baxışı -2040” nəşrlərin təqdimatı zamanı jurnalistlərlə görüşündə bildirib.

Onun sözlərinə görə, perspektivdə isə ABŞ-ın  mayeləşdirilmiş təbii qaz (LNG) istehsalında lider olacağı gözlənilir: “Növbəti illərdə də təbii qaza olan tələbat artacaq. Çünki təbii qaz kömürü əvəz etmək üçün ən yaxşı enerji resursudur”.

V. Drebentsov onu da əlavə edib ki, şist inqilabının nəticəsi kimi LNG-nin kəmərlərlə nəql edilən təbii qaza rəqabət təzyiqi artacaq: “Şist inqilabı ABŞ tərəfindən LNG ixracının artmasına səbəb olub. Perspektivdə ölkənin dünyada ən iri mayeləşdirilmiş təbii qazın ixracatçısına çevriləcəyi proqnozlaşdırılır”.