BP şirkətinin kapital qoyuluşu cari ilin 9 ayı ərzində 15.312 milyon ABŞ dolları təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 3 milyard dollar, yaxud 25,6 faiz çoxdur.
İnsider.az şirkətin 9 ayın yekunlarına dair hesabatına əsasən xəbər verir ki, həmin müddət ərzində şirkətin birgə müəssisələrə sərmayələri 80 milyon dollar, yəni ötən ilin müvafiq dövrünə nisbətən 12 milyon dollar az olub, assosiasiya şirkətlərinə yatırımlar isə 748 milyon dollardan 221 milyon dollaradək, yəni 3,4 dəfə azalıb.
Şirkətin məcmu aktivləri sözügedən müddətdə 286.263 milyon dollar, yəni ötən ilin müvafiq dövrünə nisbətən 4 milyard dollar artıq olub, əsas vəsaitlərə, qeyri-maddi və digər aktivlərə çəkilən məsrəflər isə 10.745 milyon dollardan 11.482 milyon dollaradək artıb.