BP Plc., Omanda təbii qaz sahəsinin 61-ci blokundakı payını Taylandın milli enerji şirkətinə 2,6 milyard dollara satacağını açıqlayıb.
Böyük Britaniyanın enerji və neft şirkəti BP, milyardlarla dollarlıq aktivlərini əldən çıxarmaq və bərpaolunan enerjiyə daha çox fokuslana bilmək planı çərçivəsində səhm satışı reallaşdıracağını açıqlayıb.
Taylandın milli enerji şirkəti PTTEP, Bp-nin Omanda 61-ci blokdakı 20% payını almağı qəbul edib.
Söz mövzusu satışın, koronavirus epidemiyasından mənfi təsir görən BP-nin borc yükünü yüngülləşdirəcəyi və şirkətin 2025-ci ilə qədər 25 milyard dollarlıq aktiv satmaq hədəfinə çatmasına kömək edəcəyi nəzərdə tutulur.
Digər neft şirkətləri kimi, Bp də önümüzdəki on il ərzində istixana qazı emisiyalarının çoxunu tərk etməyi öhdəlik götürüb.
Marja