Maranyan ştat hökuməti Braziliya prezidenti Jair Bolsonarunu karantin tədbirlərini pozduğu üçün cərimə hökmü kəsib.
Bu barədə “Semana” nəşri xəbər verib.
Bildirilir ki, dövlət başçısı maska taxmadığına və insanların kütləvi toplantısını təşkil etdiyi üçün cəzalandırılacaq.
Qanun pozuntusu Asilandia şəhərində tədbir zamanı qeydə alınıb. Braziliya prezidentinin ofisi müdafiədə arqument gətirməzsə, Bolsonaru 200-230 min avro arası cərimə ödəməlidir.