braziliyada-270-nefer-polisin-axtardigi-qatil-yaxalanma-zamani-gullelenib

Braziliyada 270 nəfər polisin axtardığı qatil yaxalanma zamanı güllələnib

Braziliya polisi tutulma əməliyyatı zamanı 20 gün axtardığı silsilə cinayətlərin qatilini güllələyib.

İnsider.azxəbər verir ki, "Globonews" telekanalı məlumat yayıb.

Qeyd edilir ki, söhbət 32 yaşlı braziliyalı Lasaru Barbosdan gedir. O, iyunun əvvəlində bir ailənin dörd üzvünü öldürüb.

Qoyas ştatının qubernatoru Ronaldu Kayadu telekanala bildirib ki, tutulma zamanı polis cinayətkara atəş açıb. Xəsarət almış qatil xəstəxanaya çatdırılıb və orada ölüb.

Braziliya polisi cinayətkarın yaxalanması üçün xüsusi əməliyyata başlayıb. Əməliyyata 270 polis əməkdaşı cəlb edilib. Onun yaxalanmasına keçmiş arvadı və keçmiş qaynanası kömək edib.