Braziliya polisi paytaxtda iğtişaşlarda iştirak etdiyinə görə 400-dən çox adamı saxlayıb. Onları 12 ilə qədər həbs gözləyir.
Bu barədə Braziliya Federal Dairəsinin qubernatoru İbaneys Roşa tviterdəki səhifəsində məlumat yayıb.
Hüquq-mühafizə orqanları hesab edir ki, Braziliyada dövlət orqanlarının binalarına basqın planlaşdırılıb.
"Gəldim sizə məlumat verim ki, artıq 400-dən çox insan saxlanılıb və törətdikləri cinayətlərə görə cavab verəcəklər. Biz Federal Dairədə bu gün günortadan sonra bu terror aktlarında iştirak edən bütün digər şəxslərin müəyyən edilməsi üçün işi davam etdiririk. Biz işi asayişin bərpası işini davam etdiririk”, - o sosial şəbəkə hesabında yazıb.
Xatırladaq ki, Braziliya hüquq-mühafizə orqanları parlamenti daha əvvəl binaya soxulmuş etirazçılardan azad ediblər.
03:34
Bazar günü Braziliyanın paytaxtında iğtişaşlarda iştirak edən 170 nəfər saxlanılıb.
Bu barədə “Globo” telekanalı məlumat yayıb.
Söhbət ölkənin Milli Konqresinin (parlament -red) binasına soxulan və orada talan törədən vandallardan gedir. Parlament binasından olan kadrlarda çoxsaylı dağıntılar, sınmış və mebellər, hətta tonqallar da görünür.
Bundan əlavə, telekanal Prezident Sarayının binasından əlləri qandallı çıxarılan nümayiş iştirakçılarını da nümayiş etdirib. Federal Ali Məhkəmənin binasında iğtişaşçılar hakimlərin paltarlarını oğurlayıblar. Saxlanılan şəxslər avtobusla polis bölmələrinə aparılır.
Braziliyanın keçmiş prezidenti Jair Bolsonaronun tərəfdarları yanvarın 8-də polislə toqquşub və paytaxtda hökumət binalarına soxulublar. Bazar günü boş qalan inzibati binaların bir neçə mühafizəçisi oktyabrda keçirilən prezident seçkilərinin nəticələrini tanımayan etirazçıları dəf edə bilməyib.
Bundan əvvəl “CNN Brazil” 30 nəfərin saxlanılması haqqında məlumat verib. Onları 12 ilə qədər həbs cəzası gözləyir. Hüquq-mühafizə orqanlarının əməkdaşları iğtişaşların mərkəzləşdirilmiş formada planlaşdırıldığını qeydə alıblar.
Braziliya Prezidenti Luis İnasio Lula da Silva iğtişaşlar səbəbindən paytaxtda fövqəladə vəziyyət elan edib.
Prezident vurğulayıb ki, fövqəladə vəziyyət yanvarın sonuna kimi qüvvədə olacaq. Braziliya lideri ölkədəki iğtişaşlarda iştirak edən “vandallar”ı da cəzalandıracağına söz verib.
Report