Londonun ICE birjasında Brent markalı neftin qiyməti yanvarın 3-dən bəri ilk dəfə bir barel üçün 87 dollara yüksəlib.
Bu barədə ticarət məlumatlarına istinadən xəbər verir.
Bu gün Brent nefti 3%-ə yaxın bahalaşıb.
Eyni zamanda, WTI markalı xam neftin 2023-cü ilin mart ayı üçün fyuçersləri bir barel üçün 81,64 dollara yüksəlib.
Neft qiymətləri yüksəlir, çünki Çin tələbinin bərpası ilə bağlı artan nikbinlik 2023-cü ildə qlobal iqtisadi yavaşlama qorxusunu böyük ölçüdə kompensasiya edib. Həmçinin Beynəlxalq Enerji Agentliyinin (IEA) aylıq hesabatı diqqət mərkəzindədir.
Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) çərşənbə axşamı aylıq hesabatında bildirib ki, Çinin yenidən açılması bu il xam neftə tələbatda güclü canlanmaya təkan verəcək.
İndi diqqət Beynəlxalq Enerji Agentliyinin (IEA) günün sonunda təqdim ediləcək aylıq hesabata yönəlib.
Çin iqtisadiyyatının 2022-ci ilin dördüncü rübündə gözləniləndən daha çox artdığını göstərən məlumatlardan sonra neft bahalaşır. Çərşənbə axşamı günü dərc edilən OPEC hesabatı da qiymətlərin artmasına təkan verib.
Marja