brent-markali-neftin-qiymeti-dusdu

“Brent” markalı neftin qiyməti düşdü

“Brent” markalı neftin qiyməti bir barrel üzrə 64 dollardan aşağı oldu. İnsider.az bunu Londonun “ICE” birjasının məlumatına istinadən xəbər verir.

Bakı vaxtı ilə saat 11:00-a sentyabr fyuçerslərinin dəyəri 63,67 dollar təşkil edib. Qiymət 0,226% aşağı enib. Təchizatla birgə neftin qiyməti noyabr ayında da azalıb – azalma 0,173% təşkil edərək 63,43 dollar edib.

Şimali Amerikanın “WTI” qarışığına olan qiymət də, demək olar, 0,3% düşüb. Sentyabr fyuçerslərinin qiyməti 57,59 dollar təşkil edib.

Samirə Məmmədova