Dünya birjalarında neftin qiyməti artıb.
İnsider.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 0,69 dollar və ya 1,28% artaraq 54,45 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 0,81 dollar və ya 1,31% artaraq 62,63 dollar təşkil edib.