ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində, “Brent” neftinin ixracına dair 2023-cü ilin mart müqaviləsinin dəyəri 0,18% artaraq, 1 barelə görə 82,82 dollar təşkil edib.
İnsider.az “APA-Economics”ə istinadən xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin fevralında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 0,19% artaraq, 77,56 dollara bərabər olub.