brent-neftinin-qiymeti-artib

Brent neftinin qiyməti artıb

Dünya birjalarında neftin qiyməti artıb.

İnsider.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1,54 dollar və ya 2,41% artaraq 65,54 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 1,86 dollar və ya 2,58% artaraq 73,83 dollar təşkil edib.